Bank Of Baku

Zaqatalanın Sumaylı kəndində güclü yanğın baş verib

Zaqatalanın Sumaylı kəndində güclü yanğın baş verib
# 31 iyul 2008 14:48 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalanın Sumaylı kəndində güclü yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Yanğından Mühafizə Xidmətindən bildirilib. Kənd sakini Rəcəb Muradova məxsus tövlədə baş verən yanğın nəticəsində tövlə 120 km.m sahədə yanıb. Bundan başqa, 6 ton quru ot və 1 baş iribuynuzlu heyvan yanaraq məhv olub. Tövlədəki 5 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR