Bank Of Baku

Bu ilin birinci yarısında Azərbaycanda qeydə alınan cinayətlərin 90,4 faizi açılıb

Bu ilin birinci yarısında Azərbaycanda qeydə alınan cinayətlərin 90,4 faizi açılıb
# 31 iyul 2008 15:26 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib. Bu müddətdə adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilən 10338 cinayətin təxminən 90,4 faizinin açılması təmin edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayında qəsdən şəxsiyyət əleyhinə olan təhlükəli cinayətlərin sayı 11 fakt azalıb, qeydə alınan 73 qəsdən adam öldürmə cinayətinin 65-i (90,0 faiz) açılıb. Həmçinin, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı 4 fakt azalıb və 27 belə hadisənin 26-nın (96,2 faiz) açılması təmin edilib. Bu müddətdə Sumqayıt şəhəri, Bakının Nərimanov və Tovuz rayonlarında törədilən və uzun müddət bağlı qalan 3 qəsdən adam öldürmə cinayəti açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci yarısında qeydə alınan ağır və xüsusilə ağır cinayətlər 25, az ağır cinayətlər 9,9, adam oğurluğu cinayətləri 2,1 dəfə, oğurluq cinayətləri 41, dələduzluq cinayətləri 20,1, soyğunçuluq və quldurluq cinayətləri müvafiq olaraq, 66 və 50, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər 30,3, insan alveri ilə bağlı cinayətlər 76,8 faiz artıb. Hesabat dövründə 8 qəsdən adam öldürmə hadisəsi bağlı qalıb. BU müddətdə müxtəlif pozuntulara və qanunsuzluqlara yol verən 13 prokurorluq əməkdaşı intizam qaydasında cəzalandırılıb, 1 nəfər prokurorluq orqanlarından xaric olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR