Bank Of Baku

Narkotik vasitələrin satışında təqsirli bilinən Cəlilabad sakinlərinə hökm oxunub

Narkotik vasitələrin satışında təqsirli bilinən Cəlilabad sakinlərinə hökm oxunub
# 31 iyul 2008 15:28 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin satışında təqsirli bilinən Cəlilabad rayon sakinləri – 1988-ci il təvəllüdlü Asim Hüseynov və 1968-ci il təvəllüdlü Aygün Rzayevaya hökm oxunub.
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunublar. Onlar bu ilin avqustun 11-də heroin satarkən polis tərəfindən həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR