Bank Of Baku

Azərbaycanın Lerik rayonunda yaşayış evi uçub

Azərbaycanın Lerik rayonunda yaşayış evi uçub
# 01 avqust 2008 08:08 (UTC +04:00)
Lerik. Ağəddin Babayev - APA. Dünən gecə saatlarında Lerik şəhər sakini Xanoğlan Xanbala oğlu Şahiyevə məxsus birmərtəbəli, ikiotaqlı evin bir hissəsi uçub. Zərərçəkmişin qardaşı Şahvələd Şahiyev APA-nın cənub bürosuna bildirib ki, altı nəfərlik ailənin bütün üzvləri hadisə zamanı evdə olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Evin sakinləri müvəqqəti olaraq qonşularının mənzilinə köçürülüb. Ş. Şahiyevin sözlərinə görə, bölgədə sonuncu dəfə baş verən zəlzələdən sonra qardaşının evinin divarlarında dərin çat əmələ gəlib. Bununla bağlı yerli icra strukturlarına xəbər verilsə də, problemin aradan qaldırılması üçün tədbir görülməyib: “Qardaşımın həyat yoldaşı uzun illərdir, yataq xəstəsidir. Ailənin evi öz hesabına təmir etmək imkanı olmayıb”.
Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov isə APA-nın yerli bürosuna bildirib ki, X. Şahiyevin evi torpaq qatının çökməsi nəticəsində qəza vəziyyətinə düşüb: “Biz evə baxış keçirmişik və vəziyyət barədə müvafiq akt tərtib etmişik. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat verilib. Daxili imkanlar hesabına Xanoğlan Şahiyevin ailəsi üçün yeni yaşayış evinin tikilməsinə çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR