Bank Of Baku

Bu ilin əvvəlindən skinxedlər Rusiyada 6 azərbaycanlını qətlə yetiriblər

Bu ilin əvvəlindən skinxedlər Rusiyada 6 azərbaycanlını qətlə yetiriblər
# 01 avqust 2008 08:38 (UTC +04:00)
APA-nın “İnterfax”a istinadən verdiyi məlumata görə, hüquq müdafiəçilərinin apardığı monitorinq nəticəsində analoji insidentlərin daha çox Moskvada qeydə alındığı məlum olub - 36 ölü, 100 zərərçəkən. Sankt-Peterburqda 16 ölü, 25-dən çox zərərçəkən, Sverdlovsk vilayətində isə 6 ölü, 5 zərərçəkən skinxedlerin hədəfinə tuş gəlib. Qurbanlar arasında ruslar da var (5 ölü, 30 zərərçəkən). Skinxedlərin hücumuna daha çox tuş gələnlər isə özbəklər (12 ölü, 17 zərərçəkən), qırğızlar (10 ölü, 5 zərərçəkən) və taciklərdir (6 ölü, 33 zərərçəkən). Bu sırada azərbaycanlılar da üstünlük təşkil edir. Belə ki, ilin əvvəlindən skinxedlər tərəfindən Rusiyada 6 azərbaycanlı öldürülüb, 10 soydaşımız isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Skinxedlərin hücumlarının getdikcə artdığını qeyd edən hüquq müdafiəçiləri 2008-ci ildə hüquq-mühafizə orqanlarının da ksenofobiya və irqi dözümsüzlük cinayətlərinə qarşı daha aktiv mübarizə apardığını bildiriblər.
Qeyd edək ki, bəzi məlumatlara görə, hazırda Rusiyada 60 minədək skinxed var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR