Bank Of Baku

Azərbaycan paytaxtında məktəbli qızı qətlə yetirən şəxsin kimliyi müəyyənləşdirilib

Azərbaycan paytaxtında məktəbli qızı qətlə yetirən şəxsin kimliyi müəyyənləşdirilib
# 01 avqust 2008 08:47 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bakının Xətai rayonunda məktəblini qətlə yetirən şəxsin kimliyi müəyyənləşdirilib. Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsindən APA-ya bildirilib ki, Gəncə prospekti ev 69, mənzil 84-də yaşayan 1994-cü il təvəllüdlü Nərmin Həsənquliyeva qatilinin şəxsiyyəti məlum olsa da, istintaq sirri olduğundan onun adı açıqlanmır.
Qeyd edək ki, N. Həsənquliyeva iyulun 31-də saat 19.00 radələrində yaşadığı evdə bıçaq və küt alətlə qətlə yetirilib. Hələlik hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Mərhum rayon ərazisində yerləşən 191 saylı orta məktəbin şagirdi olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR