Bank Of Baku

Zabratda üç maşın toqquşub, bir nəfər həlak olub

Zabratda üç maşın toqquşub, bir nəfər həlak olub
# 01 avqust 2008 09:10 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Dünən axşam Sabunçu rayonun Zabrat qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Rəhman Kərimovun APA-ya verdiyi məlumata görə, Miri Seyidovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili, “KamAZ” “İsuzi” markalı yük maşınları toqquşub. Nəticədə “Mercedes”-in sərnişini Esmira Seyidova aldığı xəsarətdən hadisə yerində keçinib, müxtəlif bədən xəsarəti alan 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR