Bank Of Baku

Azərbaycanın Gədəbəy rayonunda qayınata kürəkənini öldürüb

Azərbaycanın Gədəbəy rayonunda qayınata kürəkənini öldürüb
# 01 avqust 2008 10:55 (UTC +04:00)
Gədəbəy – APA. Gədəbəydə ailə-münaqişə zəminində baş verən mübahisə ölümlə nəticələnib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə rayonunun Yenikənd kənd sakini Cahangir İbrahimovun evində olub. Kənd sakini Cəbrayıl Şirinov mübahisə zəminində qayınatası C. İbrahimovu və qayınanası Ravilə İbrahimovanı döyərək onlara xəsarət yetirib. Bundan sonra C. İbrahimov özünə məxsus "VAZ-2106" markalı avtomaşında həyat yoldaşını xəstəxanaya apararkən C. Şirinov daşla avtomobilin qabaq şüşəsini sındırıb. Bundan əsəbiləşən C. İbrahimov maşını kürəkəninin üstünə sürüb. Ağır bədən xəsarəti alan C. Şirinov yerləşdirildiyi xəstəxanada keçinib. Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İbrahimov tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR