Bank Of Baku

“Orxan” MTK-nın dələduzluqda təqsirləndirilən keçmiş icraçı direktoru ittihamları qismən qəbul edib

“Orxan” MTK-nın dələduzluqda təqsirləndirilən keçmiş icraçı direktoru ittihamları qismən qəbul edib
# 01 avqust 2008 11:24 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Orxan” MTK-nın keçmiş icraçı direktoru Nazim Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib, təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib. Vətəndaşları aldatmaq niyyətinin olmadığını deyən N. Hüseynov “İsfəndiyar Axundov məni işdən çıxarmasaydı, aldığım pulları qaytaracaqdım”, - deyə bildirib. Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı İxtiyar Rəhmanov bildirib ki, mənzil almaq üçün N. Hüseynova 37695 manat pul verib: “Amma mənə mənzili təhvil verməkdən yayınırdılar. Sonda pulumu almaq üçün İsfəndiyar Axundovun yanına getdim. O isə müqaviləmin olmadığını söylədi. Aldandığımı başa düşəndən sonra polisə şikayət etdim”. Məhkəmə prosesi avqustun 29-da davam etdiriləcək.
Qeyd edək ki, N. Hüseynov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştapları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. O, vətəndaşları evlə təmin etmək adı ilə pullarını mənimsəməkdə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR