Bank Of Baku

Azərbaycanın Xaçmaz rayonunda Almaniyanın keçmiş polis zabiti saxlanılıb

Azərbaycanın Xaçmaz rayonunda Almaniyanın keçmiş polis zabiti saxlanılıb
# 01 avqust 2008 11:40 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, Almaniya vətəndaşının keçmiş polis zabiti olduğu bildirilir. Məlumata görə, onunla birlikdə məscidə cümə namazına gedən daha 15 yerli dindar da bölməyə aparılıb. Bölmənin baş əməliyyat müvəkkili Binyaməddin Abuzərov APA-nın yerli Almaniya vətəndaşının yoldan keçərkən məscidin qarşısında dayandığını və polis əməkdaşlarının sənədlərini yoxladıqdan sonra onu sərbəst buraxdıqlarını deyib. Digər 15 nəfərin saxlanmasına gəlincə, baş əməliyyat müvəkkili heç kəsin həbs olunmadığını, dindarlarla bölmədə profilaktik söhbət aparıldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR