Bank Of Baku

Adam oğurluğunda təqsirləndirilən qrup üzvlərinin məhkəməsi başlayıb

Adam oğurluğunda təqsirləndirilən qrup üzvlərinin məhkəməsi başlayıb
# 01 avqust 2008 11:51 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Şakir Ələsgərovun sədrliyi ilə dələduzluqda və adam oğurluğunda ittiham olunan Fərhad Əhmədov, Tamerlan Qasımzadə, Asif Vəliyev, Ramil Ağayev, Nicat Kərimovun məhkəməsi başlayıb. APA-nın məlumatına görə, prosesdə ifadə verən təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qaldıqlarını bildiriblər. Vəkillər işgəncə faktının araşdırılması üçün Məhkəmə Tibbi Ekspertizasının keçirilməsi ilə bağlı vəsatət qaldırıblar. Vəsatət təmin edilib və məhkəmə baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.
İttiham aktına görə, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri, 181-ci (quldurluq), 178-ci (dələduzluq), 177-ci (oğurluq), 228-ci (qanunsuz olaraq odlu silah, onun kompleks hissələrini, döyüş sursatı, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istifadə etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunan təqsirləndirilən şəxslər 2000-ci ildə Kərim İsmayılovu oğurlayaraq ailəsindən 25 min dollar aldıqdan sonra sərbəst buraxıblar. Təqsirləndirilən şəxslər Montin qəsəbəsində və Nizami küçəsində yerləşən valyutadəyişmə məntəqələrinə basqında da ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR