Bank Of Baku

Zaqatala-Mahaçqala marşrutu ilə hərəkət edən avtobusun vurduğu qadın hadisə yerində keçinib

Zaqatala-Mahaçqala marşrutu ilə hərəkət edən avtobusun vurduğu qadın hadisə yerində keçinib
# 01 avqust 2008 13:53 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Xaldan-Balakən magistral yolunun Zaqatala rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 16:00 radələrində olub. Zaqatala-Mahaçqala marşrutu ilə hərəkət edən “Mercedes” markalı, “E 267-05 Rus” nömrə nişanlı avtobus rayonun Tala kəndi ərazisində bağça müəlliməsi, 1953-cü il təvəllüdlü Sənəm Abdulla qızı Xəlilovanı vurub. 55 yaşlı S. Xəlilova aldığı xəsarətdən hadisə yerində keçinib. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Mahaçqala avtobusunun reysi təxirə salınaraq geri qaytarılıb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR