Bank Of Baku

Azərbaycan Ordusunun əsgəri giziri güllələyib

Azərbaycan Ordusunun əsgəri giziri güllələyib
# 01 avqust 2008 14:29 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı – APA. Azərbaycanın Göygöl rayonunda yerləşən “N” saylı hərbi hissədə qətl hadisəsi baş verib. Gəncə hərbi prokuroru Namiq Muradovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, hərbi hissədə xidmət edən əsgər, Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1988-ci il təvəllüdlü Faiq Sərkərov xidməti silahı ilə gizir, Yardımlı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1988-ci il təvəllüdlü Afiq Tərlanovu güllələyib. Çoxsaylı güllə yarası alan A. Tərlanov hadisə yerində keçinib, F. Sərkərov isə saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR