Bank Of Baku

Azadlıq Hərəkatçıları Birliyinin “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib

Azadlıq Hərəkatçıları Birliyinin “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib
# 01 avqust 2008 14:55 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Azadlıq Hərəkatçıları Birliyinin “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb. Bu barədə APA-ya “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov məlumat verib. İddiaçı Təhmasib Novruzov prosesdə “Azadlıq” qəzetində məhkəmə ilə bağlı qərəzli reportajlar hazırlandığını əsas gətirərək məhkəmə bitənədək qəzetin fəaliyyətinin dayandırılması haqqında vəsatət qaldırıb. Vəsatət təmin edilməyib. Məhkəmənin qərarı avqustun 5-də elan olunacaq.

Qeyd edək ki, Birliyin sədri Təhmasib Novruzov “Azadlıq” qəzetinin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına qadağa qoyulması xahişi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində indiki rəhbərlik və kollektivin 150 min manat mənəvi təzminata məhkum edilməsi də xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR