Bank Of Baku

Zaqatalada küllü miqdarda çətənə kolu yandırılaraq məhv edilib

Zaqatalada küllü miqdarda çətənə kolu yandırılaraq məhv edilib
# 01 avqust 2008 15:00 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada küllü miqdarda çətənə kolu məhv edilib. Zaqatala Rayon Polis Şöbəsinin rəis müavini Kamandar Həsənovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, bu gün polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Uzunqazmalar kəndində yerləşən meşə zolağında 1.5 hektar ərazidə ümumi çəkisi 3 ton olan yabanı halda bitən çətənə kolu aşkarlanıb. Aşkarlanan çətənə kolları yandırılaraq məhv edilib. Rəis müavini analoji əməliyyatların davam etdirildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR