Bank Of Baku

Lənkəranda piyadanı maşın vurub

Lənkəranda piyadanı maşın vurub
# 01 avqust 2008 17:58 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Lənkəran-Lerik avtomobil yolunun 47-ci kilometrliyində Lənkəran rayonu Kərgəlan kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Lənkəran şəhər Polis Şöbəsinin baş müstəntiqi Rövşən Rəşidovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonun Şahlakürcə kənd sakini, 1984-cü il təvəllüdlü Qadir Əhliman oğlu Ağayevin idarə etdiyi VAZ- 2107 markalı 42-BX-009 nömrə nişanlı avtomobil Kərgəlan kənd sakini, piyada, 2000-ci il təvəllüdlü Seylan Rasim qızı Kərimovanı vurub. S. Kərimova yerindəcə keçiinib. İlkin verdsiya kimi hadisəyə sürücünün diqqətsizliyinin səbəb olduğu bildirilir. Faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində 263.2 maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR