Bank Of Baku

MTN-in rayon şöbəsinin rəisinin oğlunun törətdiyi avtomobil qəzasında iki nəfər ölüb

MTN-in rayon şöbəsinin rəisinin oğlunun törətdiyi avtomobil qəzasında iki nəfər ölüb
# 02 avqust 2008 09:10 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. İki gün əvvəl Şəki rayonunun Cumakənd kəndində baş verən avtomobil qəzasının təfərrüatları məluma olub. Hüquq-mühafizə orqanlarındakı mənbədən APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, sözügedən qəzanı törədən Ramil Seyidov Milli Təhlükəsizlik Nazirliyinin Balakən rayon şöbəsinin rəisi Mirsamir Seyidovun oğludur. R. Seyidovun idarə etdiyi “Mercedes” markalı, 08 BA 444 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən Mehman Həsənovun idarə etdiyi “İj-Yupiter” markalı motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü M. Həsənov və sərnişin Nemət Məmmədov aldığı xəsarətdən hadisə yerində keçiniblər ölüb. Faktla bağlı Şəki rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR