Bank Of Baku

Naməlum şəxs Yasamal sakininə bihuşedici dərman içirərək evindən oğurluq edib

Naməlum şəxs Yasamal sakininə bihuşedici dərman içirərək evindən oğurluq edib
# 02 avqust 2008 10:49 (UTC +04:00)
Bakı – APA. Avqustun 1-də naməlum şəxs Yeni Yasamal - 2 yaşayış sahəsi, ev 8, mənzil 58-də yaşayan Məhəmməd Seyfəddininin mənzilinə aldatma yolu ilə girərək ona bihuşedici dərman içirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, naməlum şəxs M.Seyfəddininin hadisədən dərhal sonra evə gələn həyat yoldaşı Asya Seyfəddininə də bihuşedici dərman içirməyə cəhd göstərib. Ancaq istədiyinə nail olmayıb və qadına qarşı zor tətbiq edərək qızıl əşyalarını alıb. Faktla bağlı Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR