Bank Of Baku

Salyan sakinləri 5 il əvvəl törətdikləri cinayətə görə həbs olunublar

Salyan sakinləri 5 il əvvəl törətdikləri cinayətə görə həbs olunublar
# 02 avqust 2008 10:50 (UTC +04:00)
Bakı – APA. 2003-cü ilin dekabrın 4-də Hacıqabulun Rəncbər kənd sakini Elşən İbrahimov rayonunun Pirsaat kəndi ərazisində, Ələt-Yevlax yolunun 31-ci km-də yaralı və huşsuz vəziyyətdə tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, zərərçəkən xəstəxanaya yerləşdirilib, faktla bağlı 04.12.03 tarixdə Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işinin istintaqı zamanı E. İbrahimovun naməlum şəxslər tərəfindən döyüldüyü, habelə cinayətin izlərini itirmək məqsədi ilə onu yuxarıda qeyd edilən yerə atdıqları müəyyənləşdirilib. Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. İbrahimova xəsarəti Salyan rayon sakinləri Əmrah Salahov və Hüseyn Xəlilovun yetirdiyi məlum olub, onların əməlləri CM-nin 126-cı maddə ilə tövsif edilib. Həmin şəxslər tutulublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR