Bank Of Baku

İlhamə Quliyevanın oğlunun həbs müddəti uzadılıb

İlhamə Quliyevanın oğlunun həbs müddəti uzadılıb
# 02 avqust 2008 11:25 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamov, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov və xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. O. Nadirovun vəkili Seyfəddin Əliyevin APA-ya verdiyi məlumata görə, bu barədə qərar avqustun 2-də Səbayel Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib. Hakim həbs-qətimkan tədbirinin müddətinin uzadılmasını cinayət işinin ibtidai araşdırmasının başa çatmaması ilə əlaqələndirib.

Qeyd edək ki, adıçəkilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində bu ilin mayın 8-də həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR