Bank Of Baku

“GEN” MMC-nin rəhbəri tərəfindən aldadılan şəxslər piket keçiriblər

“GEN” MMC-nin rəhbəri tərəfindən aldadılan şəxslər piket keçiriblər
# 02 avqust 2008 11:53 (UTC +04:00)
Bakı. Hacı Zeynalov – APA. Bu gün “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev tərəfindən aldandıqları iddia edən bir qrup şəxs Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) qarşısında piket keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları onların pulunu mənimsəyən digər şəxslərin də həbsini, cinayət işinin BŞBPİ-dən alınaraq Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə verilməsini tələb ediblər. Cinayət işi üzrə istintaq qrupunun rəhbəri Etibar Mahmudov aksiyaçılarla görüşərək istintaqın davam etdirildiyini, təqsiri olan şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib.
Qeyd edək ki, E. Əliyev bu ilin iyunun 11-də həbs edilib. Onun ifadəsi əsasında şirkətin baş mühasibi Əliyar Abbasov, müavini Nəbi Məmmədov və şirkətin xəzinədarı Həbib Ağayev də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin şəxslər vətəndaşları aldadaraq pullarını mənimsəməkdə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR