Bank Of Baku

Məşhur Hollivud aktyoru Morqan Frimen avtomobil qəzasına düşüb

Məşhur Hollivud aktyoru Morqan Frimen avtomobil qəzasına düşüb
# 05 avqust 2008 07:19 (UTC +04:00)
Bakı - APA. Məşhur Hollivud aktyoru Morqan Frimen yol qəzasına düşüb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, M. Frimenin “Nissan Maxima” markalı avtomobili Missisipi ştatının ərazisində yoldan çıxaraq bir neçə dəfə çevrilib. M. Frimenlə yanaşı, maşında naməlum qadın da olub. Zərərçəkənləri xilas etmək üçün hadisə yerinə gələn xilasedicilər avtomobili doğramaq məcburiyyətində qalıblar. M. Frimen Memfisdəki xəstəxanaya vertolyotla çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Qəza zamanı aktyorun yanında olmuş qadın barədə isə məlumat verilmir.
Polis hadisənin sükan arxasında olan Frimeninin yuxulaması səbəbindən baş verə biləcəyini ehtimal edir.
Qeyd edək ki, 71 yaşlı aktyor 2004-cü ildə “Oskar” mükafatına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR