Bank Of Baku

Lənkəranda beş nəfəri gün vurub

Lənkəranda beş nəfəri gün vurub
# 05 avqust 2008 07:31 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu ilin yayında Lənkəranda beş nəfəri gün vurub. Lənkəran Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Məmmədbağır Axundovun APA-nın cənub bürosuna verdiyi məlumata, bu il iyulun 18-dən, havaların kəskin istiləşməsindən sonra stansiyaya çağırışların sayı iki dəfə artıb. İndiyədək 5 günvurma hadisəsi qeydə alınıb və operativ qaydada həmin şəxslərə tibbi yardım göstərilib. Keçən yayda cəmi 10 günvurma faktının qeydə alındığını diqqətə çatdıran M. Axundov cari ildə bu rəqəmin artacağını istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR