Bank Of Baku

Məhkəmə Azadlıq Hərəkatçıları Birliyinin “Azadlıq” qəzetinə qarşı iddiasını təmin etməyib

Məhkəmə Azadlıq Hərəkatçıları Birliyinin “Azadlıq” qəzetinə qarşı iddiasını təmin etməyib
# 05 avqust 2008 08:41 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Azadlıq Hərəkatçıları Birliyinin “Azadlıq” qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovun APA-ya verdiyi məlumata, məhkəmə birliyin iddiasını təmin etməyib.
Qeyd edək ki, birliyin sədri Təhmasib Novruzov “Azadlıq” qəzetinin indiki rəhbərlik və kollektivlə istehsalına və yayımına qadağa qoyulması xahişi ilə məhkəməyə müraciət edib. İddia ərizəsində indiki rəhbərlik və kollektivin 150 min manat mənəvi təzminata məhkum edilməsi də xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR