Bank Of Baku

MTN Azərbaycan paytaxtında saxta “Abituriyent” jurnalı çap edən şəxsi həbs edib

MTN Azərbaycan paytaxtında saxta “Abituriyent” jurnalı çap edən şəxsi həbs edib
# 05 avqust 2008 11:59 (UTC +04:00)
MTN-in ictimai əlaqələr mərkəzindən APA-ya daxil olan məlumata görə, S. Məmişova məxsus mətbəədə və «Binə» ticarət mərkəzinin yaxınlığında yerləşən anbarda keçirilən baxış zamanı qanunsuz çap edilmiş 57 mindən artıq müxtəlif adda çap və poliqrafiya məhsulu, o cümlədən test tapşırıqları, abituriyentlərə kömək, habelə digər bədii-publisistik kitablar, eləcə də təxminən 54 ədəd ofset plastina «rominal» aşkar edilərək götürülüb. Həmin kitablardan 9 min 708-nin forma və məzmun etibarı ilə TQDK-nın çap məhsulu hesab olunan “Abituriyent” jurnalı və kitabçalar olduğu müəyyən edilib.
Faktla bağlı toplanılmış materiallar və götürülmüş maddi sübutlar müvafiq araşdırmalar aparılması üçün aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR