Bank Of Baku

Azərbaycan sərhədini keçmək istəyərkən öldürülmüş erməni kəşfiyyatçının meyiti Ermənistana təhvil verilib

Azərbaycan sərhədini keçmək istəyərkən öldürülmüş erməni kəşfiyyatçının meyiti Ermənistana təhvil verilib
# 05 avqust 2008 12:21 (UTC +04:00)
Qazax rayon İcra Hakimiyyətindən APA-nın qərb bürosuna verilən məlumata görə, təhvil verilmə prosesi Qazax rayonunun Ermənistanla sərhəd olan Bala Cəfərli kəndi ərazisində saat 15.20-də baş tutub.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin bir qrup kəşfiyyatçısı iyulun 19-u, saat 00.30-da Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan sərhədini keçməyə cəhd edib. Azərbaycan hərbçilərinin bu cəhdin qarşısını alması zamanı düşmənin bir kəşfiyyatçısı öldürülüb, qalanları isə qaçıblar. Öldürülən Qor Mixayloviç Manasaryanın meyiti və üstündəki silah Azərbaycan tərəfdə qalıb.
Qeyd edək ki, bu barədə ilk məlumatı ANS TV yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR