Bank Of Baku

Bakı Apellyasiya Məhkəməsi şərti cəza alan hərbi hissə komandirinin həbs edilməsi barədə qərar çıxarıb

Bakı Apellyasiya Məhkəməsi şərti cəza alan hərbi hissə komandirinin həbs edilməsi barədə qərar çıxarıb
# 05 avqust 2008 12:37 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Müdafiə Nazirliyinin Səngəçal qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin sabiq qərargah rəisi, kapitan Rövşən Tağı oğlu Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə R. Babayev barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin çıxardığı hökm dəyişdirilib və o, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 (rüşvət alma), 341.2.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunan R. Babayev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə azadlıqdan 8 il şərti məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR