Bank Of Baku

Araz Əlizadə: “ASDP-də prezidentliyə 3-4 iddialı var”

Araz Əlizadə: “ASDP-də prezidentliyə 3-4 iddialı var”
# 05 avqust 2008 12:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Ayaz Mütəllibov prezidentliyə namizədliyini irəli sürmək üçün bu ilin əvvəlində bizdən martın 1-nə kimi vaxt istəmişdi. Sonra bu vaxt aprelin 1-nə, sonra mayın 1-nə, iyunun 1-nə, iyulun 2-nə qədər uzandı. Və nəhayət, sonuncu dəfə bildirdi ki, avqustun 1-nə kimi qərarını verəcək. Avqustun 4-də isə seçkidə iştirak etmək fikrində olmadığını bəyan etdi”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib. O bildirib ki, Ayaz Mütəllibovun mətbuatda partiya ilə bağlı səsləndirdiyi fikirləri ciddi təftiş etməyə ehtiyac yoxdur: “Ayaz Mütəllibov seçkiyə getməməyə qərar verdikdən sonra dedi ki, partiya hansı qərarı istəyir, qəbul etsin. Aramızda bundan başqa söz olmayıb. Sonra mətbuata nə deyib, niyə deməyib, bunu bilmirəm”. A. Əlizadə sabiq prezidentin fikirləri ilə tanış olduqdan sonra onunla telefon əlaqəsi yaratdığını söyləyib: “Mənə dedi ciddi bir ittiham səsləndirməyib, ümumi şərh verib ki, respublikada olması daha yaxşı olardı”. A. Əlizadə gələn həftə partiyanın Mərkəzi Komitəsinin iclasının keçiriləcəyini və prezidentliyə başqa bir namizədin irəli sürüləcəyini açıqlayıb. Onun sözlərinə görə, ASDP-də prezidentliyə 3-4 iddialı var. A. Mütəllibovun öz namizədinin olub-olmadığına gəldikdə, A. Əlizadə deyib ki, qərar kollegial qaydada qəbul ediləcək: “Mərkəzi Komitə özü müstəqil qərar qəbul edir və nə Araz, nə də Ayazla məsləhətləşir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR