Bank Of Baku

Azərbaycan paytaxtında məktəblinin qətlə yetirilməsi ilə bağlı cinayət işi Bakı şəhər Prokurorluğuna göndərilib

Azərbaycan paytaxtında məktəblinin qətlə yetirilməsi ilə bağlı cinayət işi Bakı şəhər Prokurorluğuna göndərilib
# 05 avqust 2008 14:41 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Xətai rayonunda 7-ci sinif şagirdi Nərmin Həsənquliyevanın qətlə yetirilməsi ilə bağlı cinayət işinin materialları rayon prokurorluğundan alınaraq araşdırılması üçün Bakı şəhər Prokurorluğuna göndərilib. Bu barədə APA-ya Bakı şəhər Prokurorluğundan bildirilib. Qətli törədən şəxs hələ tutulmayıb, faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Nərmin Həsənquliyeva bu il iyulun 31-də yaşadığı Gəncə prospekti ev 69, mənzil 84-də amansızlıqla qətlə yetirilib. Hadisə zamanı məktəbli qız evdə tək olub. Evdə oğurluq və ya qarət faktı aşkarlanmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR