Bank Of Baku

Naxçıvanda narkotiklərlə bağlı cinayətlərin sayı 5 dəfə azalıb

Naxçıvanda narkotiklərlə bağlı cinayətlərin sayı 5 dəfə azalıb
# 05 avqust 2008 14:48 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasında (MR) narkomaniya ilə bağlı cinayətlərin sayı 5 dəfə azalıb. MR-in Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasından APA-ya verilən məlumata görə, yanvar-iyun aylarında Naxçıvanda bu cinayətkarlıq növü ilə bağlı 3 fakt qeydə alınıb. Ötən ilin müvafiq dövründə bu rəqəm 17 olub. Komissiyadan bildiriblər ki, bu ilin altı ayında 240 qram heroin, 281,7 qr marixuana, 2,9253 kq tiryək aşkarlanaraq götürülüb. Bu müddət ərzində müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə üzrə MR komissiyası tərəfindən 358,638 qram heroin, 128.64 qram marixuana, 2932.03 qram tiryək, 114.48 qram həşiş, 8864 ədəd xaş-xaş, 50 ədəd çətənə kolları yandırılaraq məhv edilib. 2008-ci ilin yanvar-iyun aylarında MR Psixi Xəstəliklər Dispanserində 384 nəfər qeydiyyatda olub. İlk yarımildə 52 nəfər stasionar müalicə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR