Bank Of Baku

Zaqatalada 70 yaşlı kişi ögey qızını bıçaqlayıb

Zaqatalada 70 yaşlı kişi ögey qızını bıçaqlayıb
# 05 avqust 2008 14:55 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda 70 yaşlı kişi ögey qızını bıçaqlayıb. Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən bildirilib ki, hadisə rayonun Muxax kəndində baş verib. Kənd sakini, 1938-ci il təvəllüdlü Osman Hacıömər oğlu İsayev ailə münaqişəsi zəminində ögey qızı, 1978-ci il təvəllüdlü Sənəm İsmayılovanı bıçaqlayıb. Qarın nahiyəsindən xəsarət alan S. İsmayılova Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti ağırdır. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törədən şəxs saxlanılıb və onun barəsində cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR