Bank Of Baku

Azərbaycanlı dostunu həbsdən çıxarmaq istəyən dağıstanlı rüşvət vermək istəyərkən yaxalanıb

Azərbaycanlı dostunu həbsdən çıxarmaq istəyən dağıstanlı rüşvət vermək istəyərkən yaxalanıb
# 05 avqust 2008 15:33 (UTC +04:00)
Vladimir – APA. Rusiyanın Vladimirsk vilayətinin Sudoqod rayonunda milisə rüşvət vermək istəyən Dağıstan sakini yaxalanıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, dağıstanlı müvəqqəti saxlanma təcridxanasında saxlanılan azərbaycanlı dostunun azadlığa buraxılması üçün Sudoqod rayon Daxili İşlər Şöbəsinin əməkdaşına 27 min rubl təklif edib. Həmin şəxs dərhal bu barədə rəhbərliyə xəbər çatdırıb. Nəticədə bütün proses videolentə alınıb və rüşvət verməyə cəhd edən şəxs yaxalanıb. Dağıstanlı sübutları yox etmək üçün pulları ağzına soxaraq yemək istəyib. Lakin milislər onun bu cəhdinin qarşısını alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR