Bank Of Baku

Nəsimi rayon Polis İdarəsində İqbal Ağazadə barəsində araşdırma başlayıb

Nəsimi rayon Polis İdarəsində İqbal Ağazadə barəsində araşdırma başlayıb
# 05 avqust 2008 15:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Nəsimi rayon Polis İdarəsində Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ilə bağlı araşdırma başlayıb. Bu barədə APA-ya Polis İdarəsinin müstəntiqi Fuad Mehmanov məlumat verib. Onun sözlərinə görə, “İdeal” qəzetinin rəhbərliyi İ. Ağazadənin bir neçə nəfərlə ötən gün redaksiyaya basqın etməsi barədə şikayət ərizəsi ilə müraciətindən sonra araşdırma aparılır: “Artıq toplanan bütün materiallar istintaqa göndərilib. Müraciətdə qeyd olunanlar təsdiqlənsə, İqbal Ağazadə haqqında Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi açılacaq”. İ. Ağazadənin millət vəkili olduğunu deyən müstəntiq buna görə də onun istintaqa cəlb edilməsinin mümkün olmadığını qeyd edib.
İ. Ağazadə isə APA-ya bildirib ki, araşdırma aparmaq və obyektiv nəticə çıxarmaq istintaqın borcudur: “Yəqin ki, araşdırıb obyektiv nəticəyə gələcəklər”. İ. Ağazadə qəzet rəhbərliyinin iddiasının əsasının olmadığını, redaksiyaya hücum etmədiyini qeyd edib: “Hələlik istintaqa dəvət edilməmişəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR