Bank Of Baku

Azərbaycan paytaxtında silahlı basqın zamanı istifadə olunan oğurluq avtomobil tapılıb

Azərbaycan paytaxtında silahlı basqın zamanı istifadə olunan oğurluq avtomobil tapılıb
# 07 avqust 2008 08:52 (UTC +04:00)
Hələlik faktla bağlı saxlanılan olmayıb. Binəqədi Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, basqınçıların hadisə yerinə gəldikləri “Mercedes” markalı 10 KX 584 markalı avtomobil Nəsimi rayonu ərazisində yerləşən “Tərgül” restoranının qarşısında tapılıb. Müəyyən edilib ki, cinayətdə istifadə olunan avtomobil bir müddət əvvəl oğurlanıb və Nərimanov RPİ tərəfindən axtarışda olub. Hazırda cinayəti törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.4-cü (quldurluq yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə törədildikdə), 182-ci (hədə qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Hücuma məruz qalan şəxsin “Bank of Baku”nun Binəqədi Rayon filialının əməkdaşı olduğu barədə yayılan məlumat təsdiqlənməyib. “Bank of Baku”nun Maliyyə Departamentinin rəhbəri Fərid Əlizadə APA-ya Ruslan Qasımovun bankın əməkdaşı olmadığını deyib. “Royal Bank of Baku”dan da APA-ya bankda R. Qasımov adlı şəxsin işləmədiyi bildirilib.

Qeyd edək ki, valyutadəyişmə məntəqəsinin sahibi R. Qasımov avqustun 6-da naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onu “TT” markalı tapança ilə hədələyərək, R. Qasımova məxsus “BMW” markalı avtomobildən külli miqdarda pul oğurlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR