Bank Of Baku

Bakı-Tiflis-Ceyhan neft kəmərində baş verən yanğının bir neçə gün davam edəcəyi bildirilir

Bakı-Tiflis-Ceyhan neft kəmərində baş verən yanğının bir neçə gün davam edəcəyi bildirilir
# 07 avqust 2008 11:32 (UTC +04:00)
Ərzincan – APA. Avqustun 5-dən 6-na keçən gecə yerli vaxtla saat 00.00 radələrində (Bakı vaxtilə 02.00) Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin Türkiyə hissəsində baş verən yanğın hələ də davam edir. APA-nın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, yanğın tam nəzarət altına alınıb. Yetkililər boru xəttindəki neftin yanıb qurtarmasını gözləyirlər. Hazırda 10 kv.m. ərazidə müşahidə olunan yanğının daha bir neçə gün davam edəcəyi bildirilir. Yanğın tam sönəndən sonra 10-15 gün ərzində xəttə təmir-bərpa işləri aparılacaq. Neftin nəqli təmir-bərpa işləri başa çatandan sonra bərpa olunacaq.
Qeyd edək ki, boru xəttinin Ərzincan-Sivas yolunun 52-ci km-də partlayış baş verib. Hadisə Türkiyənin Ərzincan vilayətinin Refahiyə qəsəbəsi yaxılarında yerin altından keçən boru xəttində olub. Partlayışdan sonra güclü yanğın baş verib. Hündürlüyü 50 metrədək olan alovun yaxınlıqdakı kəndlərə və meşə zolağına keçməsinin qarşı alınıb.
Hadisədən sonra boru xətti vasitəsilə neftin və yaxınlıqdan keçən təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR