Bank Of Baku

Azərbaycan Beynəlxalq Hakimlər Birliyinə üzv qəbul oluna bilər

Azərbaycan Beynəlxalq Hakimlər Birliyinə üzv qəbul oluna bilər
# 12 avqust 2008 14:59 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Məhkəmə Hakimlərin İctimai Birliyinin sədri Ələddin Cəfərov Beynəlxalq Hakimlər Birliyinin Azərbaycan üzrə həməmruzəçisi Lather Jünemanla görüşüb. APA-nın məlumatına görə, görüşdə Ə. Cəfərov rəhbəri olduğu təşkilat barədə danışıb. Onun sözlərinə görə, birlik 2002-ci ildə Hakimlərin Assosiasiyası adı altında qurulub, 2004-cü ildə təşkilatın nizamnaməsi dəyişdirilib və qurum Məhkəmə Hakimlərinin İctimai Birliyi kimi fəaliyyət göstərməyə başlayıb. L. Jüneman isə Azərbaycan Məhkəmə Hakimlərin İctimai Birliyin Beynəlxalq Hakimlər Birliyinə üzv qəbul edilməsi üçün 2 məruzəçinin təyin olunduğunu bildirib: “Mən Almaniyanı, digər həmməruzəçi isə ABŞ-ı təmsil edir. Razılaşmaya əsasən, Azərbaycana mən gəldim. Hazırlayacağım hesabatı Beynəlxalq Hakimlər Birliyinə təqdim edəcəyəm. Fikrimcə, Azərbaycan 2009-cu ilin sentyabrında Beynəlxalq Hakimlər Birliyinə fövqəladə üzv qəbul oluna bilər. Bu üzvlüyün müddəti 2 ildir. Bu müddət başa çatandan sonra isə Azərbaycan birliyin müddətsiz üzvü qəbul ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR