Bank Of Baku

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri cəzaçəkmə müəssisələrində monitorinq keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri cəzaçəkmə müəssisələrində monitorinq keçirib
# 12 avqust 2008 15:09 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 7 və 11 saylı cəzaçəkmə müəssisələrində (CM) monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, 11 saylı CM-də cəza çəkən Zaur və Azər Əliyev qardaşları ilə görüşüb. Hər iki məhkum komitə sədrindən 7 saylı CM-yə köçürülməsinə şərait yaradılması üçün köməklik göstərilməsini xahiş edib: “Bununla bağlı müəssisəsə rəhbərliyinə müraciət etsəm də, mənə bildirildi ki, Əliyevlərin onun daha iki qardaşı 7 saylı cəzaçəkmə müəssisəsindədir. Buna görə onların həmin müəssisəyə köçürülməsi mümkün deyil”.

E. Behbudov 7 saylı CM-də isə məhkum Elşən Paşayevlə görüşüb. E. Paşayevin aclıq aksiyası keçirdiyini deyən E. Behbudov bildirib ki, məhkum 1 saylı CM-yə köçürülməyi tələb edir: “Məhkumun xahişini Penitensiar Xidmətin rəisi Nazim Ələkbərova çatdıracağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR