Bank Of Baku

Ordubadda qədim yaşayış məskəni aşkarlanıb

Ordubadda qədim yaşayış məskəni aşkarlanıb
# 12 avqust 2008 15:12 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunda qədim yaşayış məskəni aşkarlanıb. AMEA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Bəhlul İbrahimovun APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, rayonun «Xaraba gilan» kompleksinin Plovtəpə hissəsində aparılan arxeoloji qazıntılar zamanı tapılan qədim evlərin qalıqları, daş alətlər, müxtəlif məişət əşyaları burada aşkarlanan yaşayış məskəninin ilk tunc dövrünə aid olduğunu göstərir. Ərazidə bir neçə tip formada qəbir də aşkarlanıb ki, ətrafına sal döşənmiş belə qəbirlərin istiqaməti şərq-qərb istiqamətə olmaqla gündoğana tərəfdir. Bu cür qəbirlərə Azərbaycan ərazisində dəfələrlə rast gəlinib. Ərazidə arxeoloji qazıntılar davam etdirilir.

Qeyd edək ki, hazırda Ordubad rayonu ilə yanaşı, MR-ın Şərur rayonu ərazisində yerləşən Qazma mağarasında, Oğlanqala və Ovçular təpəsində, Babək rayonunun Meydantəpə abidələrində də arxeoloji qazıntılar aparılır. Ekspedisiya qruplarının tərkibində ABŞ, Fransa və Türkiyədən olan arxeoloqlar var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR