Bank Of Baku

Azərbaycan paytaxtında polislə axtarışda olan şəxs arasında atışma baş verib, 2 nəfər ölüb, bir nəfər yaralanıb – YENİLƏNİB 2

Azərbaycan paytaxtında polislə axtarışda olan şəxs arasında atışma baş verib, 2 nəfər ölüb, bir nəfər yaralanıb – <font color=red>YENİLƏNİB 2 </font>
# 12 avqust 2008 15:17 (UTC +04:00)
APA-nın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu rayon Polis İdarəsi, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı Z. Cabbarov və onun yanında olan şəxslər polisə silahlı müqavimət göstəriblər.
Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin rəisi Azər Cahangirovun APA-ya verdiyi məlumata görə, bir neçə saat davam edən atışma nəticəsində Z. Cabbarov, atası Əmirxan Cabbarov öldürülüblər. Onların yaxın qohumu Aqil Elşad oğlu Muxtarov isə yaralanıb. A. Cahangirov deyib ki, polis əməkdaşları arasında xəsarət alan olmayıb.

Əməliyyat zamanı polisə müqavimət göstərənlərdən iki ədəd avtomat götürülüb.

A. Cahangirov onu da bildirib ki, dünən Cabbarovlar və A. Muxtarov kənd sakinlərindən birinin “Mercedes” markalı avtomaşının qarşısını kəsərək, onu silahla hədələyib və pul tələb ediblər. Onlar hədə-qorxu gəldikləri kənd sakininin maşınına atəş də açıblar. Həmin hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü Z. Cabbarov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq oldu silah, onun komplekt hissələrin, döyüş sursatını, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə axtarışda olub.

Z. Cabbarov bir neçə ağır cinayət törətdiyi üçün barəsində axtarış elan edilib. Onun tutulması üçün daha əvvəl keçirilən əməliyyat zamanı Sabunçu rayon Polis İdarəsinin 14-cü bölməsinin rəis müavini, polis mayoru, 40 yaşlı Zaur Bədəlovu güllələyərək, hadisə yerindən qaçmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR