Bank Of Baku

Balakəndə 23 yaşlı gənc 54 yaşlı həmkəndlisini bıçaqlayıb

Balakəndə 23 yaşlı gənc 54 yaşlı həmkəndlisini bıçaqlayıb
# 12 avqust 2008 20:06 (UTC +04:00)
Balakən Rayon Prokurorluğundan (RP) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Şanbul kəndində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Rasim İzzəddin oğlu Heydərov şəxsi münaqişə zəmnində öz həmkəndlisi, 1954-cü il təvəllüdlü Qurban Mohama oğlu Qoradovu bıçaqlayıb. Q. Qoradov xəstəxanaya aparılarkən aldığı bıçaq zərbələrindən yolda keçinib.

RP-dan həmçinin bildirilib ki, hadisə baş verən zaman onlar sərxoş vəziyyətdə olub və aralarında baş vermiş şəxsi münaqişə ölümlə nəticələnib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində R. Heydərov artıq saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR