Bank Of Baku

Tərtərdən Bakıya satmaq məqsədilə at əti gətirən iki nəfər həbs edilib

Tərtərdən Bakıya satmaq məqsədilə at əti gətirən iki nəfər həbs edilib
# 13 avqust 2008 08:33 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu – APA. Tərtər rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları at əti alveri ilə məşğul olmaqda təqsirləndirilən iki nəfəri həbs ediblər. RPŞ-dən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, rayon ərazisində yol-hərəkəti qaydalarını pozan “VAZ 2107” markalı avtomobil saxlanılıb. Maşının sürücüsü, Tərtər şəhər sakini Rüstəm Xosrov oğlu Bəşirov və sərnişini, rayonun Buruc kənd sakini Ədalət Xasay oğlu İbrahimov özlərini şübhəli aradıqları üçün avtomobilə baxış keçirilib. Nəticədə avtomobildən 300 kq at əti aşkarlanıb. Həmin şəxslərin əti Bakıya satmaq məqsədilə apardıqları müəyyənləşib. Araşdırma nəticəsində heyvanların kəsildiyi yerdən 3 ədəd at başı, dərisi və ayaqları tapılıb. Faktla bağlı araşdırma davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR