Bank Of Baku

Azərbaycanın rayonlarından birində ər arvadını qətlə yetirib

Azərbaycanın rayonlarından birində ər arvadını qətlə yetirib
# 15 avqust 2008 14:52 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu – APA. Bu gün Bərdədə ailə münaqişə zəminində qətl hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun Alaçadırlı kənd sakini, 1957-ci il təvəllüdlü Ağayev Əziz İsmayıl oğlu ailə-münaqişə zəminində həyat yoldaşı, 1959-cu il təvəllüdlü dəhrə ilə qətlə yetirib. Ə. Ağayev daha sonra intihara cəhd edib və özünə boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib. Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağırdır. Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR