Bank Of Baku

Masallı sakini qonşusunun evindən oğurluq edib

Masallı sakini qonşusunun evindən oğurluq edib
# 15 avqust 2008 15:08 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallıda bir həftə əvvəl baş vermiş oğurluğun üstü açılıb. Rayon Polis Şöbəsinin rəis müavini Sərxan Mirzəyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, avqustun 7-də rayonun Ərkivan qəsəbə sakini İsmət Səfərovun evindən oğurluq edilib. Naməlum şəxs onun evindən 3160 dəyərində qızıl-zinət əşyası aparıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu zərərçəkənin qonşusu, 21 yaşlı Ramiq Əbülfəz oğlu Kərimovun törətdiyi müəyyənləşib. R. Kərimov oğurladığı qızılın bir qismini Lənkəranda satarkən tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.4 (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR