Bank Of Baku

Həbsdə olan sabiq nazir vəkili ilə görüşüb

Həbsdə olan sabiq nazir vəkili ilə görüşüb
# 15 avqust 2008 15:57 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Vəkil İsaxan Aşurov 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə görüşüb. İ. Aşurov APA-ya bildirib ki, sabiq nazir müəssisəyə yenicə köçürüldüyü üçün karantin rejimində saxlanılır: “Fərhad Əliyev antisanitariya şəraitində, havasız bir yerdə saxlanılır. Ona saxlandığı yerə ventilyator qoymağa belə, icazə verilmir”. Vəkil müdafiə etdiyi şəxsin səhhətində problemlərin də olduğunu deyib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə APA-ya F. Əliyevin antisanitariya şəraitində saxlanması barədə verilən məlumatı təkzib edib: “Müəssisəyə yeni daxil olan bütün məhkumlar qaydalara əsasən, 15 gün karantində saxlanılır. Karantin otağının müəssisədəki yataqxanadan heç bir fərqi yoxdur. Orada antisanitariyanın olmasından isə söhbət gedə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR