Bank Of Baku

Qobustan həbsxanasındakı aclıq edən 40 ömürlük məhkumdan 15-in aksiyanı dayandırdığı bildirilir

Qobustan həbsxanasındakı aclıq edən 40 ömürlük məhkumdan 15-in aksiyanı dayandırdığı bildirilir
# 15 avqust 2008 16:21 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Hazırda Qobustan həbsxanasında saxlanılan 40-a yaxın ömürlük məhbus aclıq aksiyası keçirir”. Bu barədə APA-ya Ömürlük Məhbusların Yaxınlarının Komitəsinin rəhbəri Müslümat Rzaxanova bildirib. Ömürlük həbs cəzasına məhkum olunan oğlu Şakir Rzaxanovla görüşdüyünü bildirən M. Rzaxanovanın sözlərinə görə, aclıq edən məhkumlardan 15-i aksiyanı dayandırıb. Məhkumlar saxlanma şəraitinə etiraz edirlər və aksiya iştirakçılarına həbsxana rəhbərliyi tərəfindən ciddi təzyiqlər göstərilir. Komitə sədri deyib ki, ömürlük məhkum Elçin Əmiraslanov müddətsiz aclıq aksiyasına başladığını bəyan edib: “Mənim oğlum da müddətsiz aclığa başlayacağını dedi”.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya məhkumların aclığa başlaması barədə məlumatın həqiqətə uyğun olmadığı bildirilib: “Məhkumlardan yalnız Elçin Əmiraslanov aclığa başlamaq barədə qeyri-müəyyən bir ərizə yazıb. Onun da nə tələb etdiyi məlum deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR