Bank Of Baku

Qazaxda maşın suvarma kanalına düşüb, ölənlər var

Qazaxda maşın suvarma kanalına düşüb, ölənlər var
# 16 avqust 2008 09:03 (UTC +04:00)
Qazax. Nəzakət Məşədiəliqızı-APA. Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qazax rayon Polis Şöbəsinin istintaq şöbəsinin rəisi Namiq Məmmədhəsənovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, dünən 21.00 radələrində 23 yaşlı Məhəbbət Narkom oğlu Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili Xanlıqlar kəndi ərazisindəki suvarma kanalına aşırıb. Nəticədə avtomobildə olan sürücü və onun 3 yaşlı qardaşı oğlu Narkom Kərəm oğlu Məmmədov suya düşərək boğulublar. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları Məhəbbət Məmmədovun cəsədini kanaldan çıxarmağa müvəffəq olublar. Azyaşlı uşağın cəsədi isə bu gün səhər saatlarında kanaldan tapılıb. Faktla bağlı Qazax rayon Polis Şöbəsində cinayət işi başlanıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR