Bank Of Baku

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “Əbu Bəkr” məscidində baş verənləri terror aktı sayır

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri “Əbu Bəkr” məscidində baş verənləri terror aktı sayır
# 18 avqust 2008 13:21 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. ““Əbu Bəkr” məscidində baş verənlərlə bağlı versiyalar çoxdur. Hər şeydən əvvəl isə bu hadisə, şübhəsiz terror aktıdır. Partlayış nəticəsində insanlar dünyasını dəyişib. Bu cinayəti törədənlər tapılmalı və cəzalandırılmalıdır”. Bu barədə APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Dövlət Komitəsinin sədri “Əbu Bəkr” məscidində baş verən hadisədən sonra əraziyə baş çəkdiyini deyib.

Onun sözlərinə görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir: “Konkret fikir bildirmək üçün bir-neçə gün gözləmək lazım olacaq. Hadisənin kim tərəfindən və necə törədildiyi istintaqın nəticəsində ortaya çıxacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR