Bank Of Baku

Bülbülə qəsəbəsindəki dəmir yolu stansiyasından meyiti tapılan qadının intihar etdiyi ehtimal olunur

Bülbülə qəsəbəsindəki dəmir yolu stansiyasından meyiti tapılan qadının intihar etdiyi ehtimal olunur
# 18 avqust 2008 16:37 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün səhər saatlarında Suraxanı rayonu Bülbülə qəsəbəsində qatar vurması nəticəsində ölən qadının şəxsiyyəti dəqiqləşdirilib. Dəmir Yolu Nəqliyyatında Baş Polis İdarəsinin Sabunçu Xətt Polis Bölməsindən APA-ya verilən məlumata görə, mərhum Bülbülə qəsəbə sakini, 1953-cü il təvəllüdlü Məhərrəmova Ziba Süleyman qızıdır. Bu gün saat 06.00 radələrində onun başı bədənindən ayrılmış meyiti dəmir yolu stansiyasından tapılıb.

İlkin ehtimallara görə, bu, intihara cəhddir: “Mərhumun başını relsin üzərinə qoyduğu ehtimal olunur. Şahid ifadələrinə görə, həmin qadın hər gün səhər 5-6 radələrində dəmir yolu stansiyasında gəzişirmiş”. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR