Bank Of Baku

Azərbaycanda keçmiş SSRİ çempionunu 14 il əvvəl qətlə yetirən şəxslər tutulublar

Azərbaycanda keçmiş SSRİ çempionunu 14 il əvvəl qətlə yetirən şəxslər tutulublar
# 19 avqust 2008 07:23 (UTC +04:00)
Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin rəisi Elçin Qasımovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, Gəncə şəhər sakini, boks üzrə keçmiş SSRİ çempionu, 1965-ci il təvəllüdlü Elxan Alı oğlu Əliyev 1994-cü il yanvarın 9-da Gəncə şəhər Poçt qəsəbəsində «Dəmir Yol» keçidinin yaxınlığında, özünə məxsus «Moskviç» markalı avtomobilində odlu silahla qətlə yetirilib. Naməlum şəxslər onun boyun nahiyəsindən “Makarov tipli tapança ilə vurublar.

Araşdırmalar nəticəsində mərhum boksçunu Şəmkir rayonunun Təzə kənd sakinləri Akif Gülməmmədov və Qabil Vələtovun öldürdüyü müəyyənləşib. İstintaq zamanı məlum olub ki, həmin şəxslər 2007-ci ilin oktyabrında daha bir cinayətdə törədiblər. Onların Bərdə rayon sakini, iş adamı Rza Təhməzovu da qətlə yetirdiyi müəyyənləşib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR