Bank Of Baku

Azərbaycan paytaxtında yeni salınan yolda yanğın baş verib

Azərbaycan paytaxtında yeni salınan yolda yanğın baş verib
# 19 avqust 2008 08:07 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün səhər saatlarında Bakıda Əzizbəyov dairəsindən Sabunçu dairəsinə gedən yolda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Baş Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, yanğın həmin ərazidə yolun genişləndirilməsi ilə bağlı yerin altındakı neft borularının kəsilib çıxarılması zamanı baş verib. İstifadə olunmayan borular qaynaqla kəsilərkən borudakı neft qalıqları alışıb, nəticədə 50 kvadratmetrlik ərazi yanıb. Hadisə yerinə Yanğından Mühafizə Xidmətinin əməkdaşları gedib. Yanğın söndürülüb, tələfat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR